USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ədliyyə naziri türk diplomatı öldürən erməninin həbsdən buraxılmasına münasibət bildirib


  • Dünya,
  • 5 ay əvvəl əlavə olunub,
  • 60 dəfə oxunub
Ədliyyə naziri türk diplomatı öldürən erməninin həbsdən buraxılmasına münasibət bildirib

Türkiyə Respublikasının ədliyyə naziri Abdulhamit Gül Los Anceles məhkəməsinin Kaliforniyada Türkiyənin baş konsulu Kamal Arıkanı qətlə yetirən Ambik Sasunyanın həbsdən vaxtından əvvəl şərti azadlığa buraxılmasına dair qərarına münasibət bildirib.

Simurq.net in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, nazir deyib ki, məlum qərarın ciddi mənada qüsurları var.

O qeyd edib ki, bu, terror aktlarından öz məqsədlərinə çatmaq üçün istifadə edə biləcək şəxslərə yanlış mesaj verəcək.

“Sasunyan və onu idarə edən ideologiya cəmiyyət qarşısında mövcudluğunu saxlamaqda və təhlükə olaraq qalmaqdadır”, - deyə A. Gül vurğulayıb.

Qeyd edək ki, 2016-cı ildə A. Sasunyanın azadlığa buraxılmasına dair qərar ştatın ozamankı qubernatoru Cerri Braun tərəfindən rədd edilib. O, ABŞ dövlət katibi Reks Trillerson və Baş prokuror Ceff Seyşin məktubuna istinad edib. 24 fevralda Los Anceles dairəsinin Ali Məhkəməsi qubernator Gavin Nevsomun qərarını ləğv edib. 

Xatırladaq ki, A. Sasunyan Türkiyənin Los Ancelesdəki Baş konsulu K. Arıkanı 1982-ci ildə qətlə yetirib. 1984-cü ildə A. Sasunyan cinayət əməlinə görə ömürlük azadlıqdan məhrum edilib. 2002-ci ildə Federal Məhkəmə 2009-cu ildə barəsində çıxarılan hökmdən 25 il sonra azadlığa buraxılması ilə bağlı A. Sasunyanın ərizə vermək hüququnu tanısa da, bu, rədd edilib.  


Oxşar xəbərlər