USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb


  • Siyasət,
  • 2 ay əvvəl əlavə olunub,
  • 22 dəfə oxunub
Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 14-də ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Simurq.net in məlumatına görə, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb.

Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.


Oxşar xəbərlər