USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibi seçildi - FOTO


  • Siyasət,
  • 8 ay əvvəl əlavə olunub,
  • 502 dəfə oxunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibi seçildi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın 15 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, seçkinin təşkili məqsədilə nazirlikdə 9 nəfərdən (nazirlik əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv) ibarət komissiya yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib. Vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 37 nəfərin namizədliyi təsdiq edilib. Səsvermədə iştirak üçün QHT və KİV nümayəndələri olan 260 nəfər qeydiyyata alınıb. Onlardan 227 nəfər səsvermədə iştirak edib.

Seçicilərin fəallığı şəratində, şəffaf şəkildə keçirilən seçkinin yekunu olaraq ictimai şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçilib.

Qeyd edək ki, “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şura Nazirliyin fəaliyyətində ictimai iştirakçılığı ifadə edərək, aidiyyəti fəaliyyət sahələri üzrə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi aktların qəbulu prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakına, ictimai nəzarətin təmin olunmasına xidmət edir. Qanunvericiliyə uyğun olaraq İctimai şuranın səlahiyyət müddəti iki ildir və hər iki ildən bir şuranın yeni tərkibi seçilməlidir.



Oxşar xəbərlər