USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ərdoğan Aİ liderləri ilə görüşdü


  • Dünya,
  • 4 ay əvvəl əlavə olunub,
  • 72 dəfə oxunub
Ərdoğan Aİ liderləri ilə görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyeni qəbul edib.

“Haber Global”ın məlumatına görə, Ankaradakı prezident sarayında baş tutan görüş 2 saat 45 dəqiqə davam edib.    

Görüşdə Türkiyə ilə Aİ arasında vizasız gediş-gəliş, Görmük Birliyi ilə bağlı məsələlər müzakirə olunub. 

“Aİ Türkiyə ilə iqtisadi tərəfdaşlıq, miqrasiya kimi məsələlərdə əməkdaşlıq etməyə hazırdır. Şərqi Aralıq dənizində Türkiyə ilə qarşılıqlı mənfəətə dayanan pozitiv əlaqələr Aİ-nin strateji maraqlarına uyğundur”, - deyə Aİ Şurasının rəhbəri Ş.Mişel bəyan edib.

“Türkiyə ilə əlaqələrimizə yeni impuls vermək üçün gəlmişik. Hər iki tərəf üçün də faydalı olacaq əməkdaşlıq sahələrini müzakirə etdik. Gömrük Birliyinin tətbiqi ilə bağlı mövcud çətinlikləri nəzərə alaraq, sazişin yenilənməsinə çalışacağıq”, - deyə Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen bildirib.


Oxşar xəbərlər