USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 93 dəfə oxunub
Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

Simurq.net xəbər verir ki, paylaşımda deyilir: “29 il əvvəl Xocalıda amansız şəkildə qətlə yetirilən azərbaycanlı qardaş-bacılarımızı rəhmətlə yad edirəm...

İllər keçsə də, ağrı-acısını unutmayacağımız, hüznünü təkrar-təkrar yaşayacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlı demədən vəhşicəsinə qətlə yetirilən 613 Azərbaycanlı qardaş-bacımızı rəhmətlə anır, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

Tək millət, iki dövlətik...

Türkiyə haqlı mübarizəsindən Azərbaycanın yanında olmağa davam edəcək".


Oxşar xəbərlər