USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ərdoğandan Baydenin Putinlə bağlı fikirlərinə REAKSİYA


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 80 dəfə oxunub
Ərdoğandan Baydenin Putinlə bağlı fikirlərinə REAKSİYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenin Rusiya başçısı Vladimir Putinlə bağlı ifadələrinə görə onu qınayıb.

 

“Haber Global” məlumat verir ki, o, bir dövlət başçısının belə ifadələr işlətməməli olduğunu deyib.

 

“Bir dövlət başçısına belə ifadələr yaraşmır. Putin kimi bir dövlət başçısına belə sözlər deyilməməlidir. Məncə, Putin çox ağıllı cavab verməklə lazım olanı edib”, - deyə Türkiyə lideri vurğulayıb.

 

Xatırladaq ki, Bayden ABC telekanalına müsahibəsində Rusiya rəhbərliyinin ABŞ-dakı seçkilərə müdaxilə cəhdinə görə “cavab verməli olduğunu” deyib. O, Putinin “qatil” olub-olmadığına dair suala müsbət cavab verib.


Oxşar xəbərlər