USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ermənistanda müxalifətçilər Paşinyan əleyhinə mitinq ərəfəsində saxlanıldı


  • Dünya,
  • 5 ay əvvəl əlavə olunub,
  • 2063 dəfə oxunub
Ermənistanda müxalifətçilər Paşinyan əleyhinə mitinq ərəfəsində saxlanıldı

Ermənistanın Milli Təhlükəsizlik Xidməti dünən axşam Yerevanda bir sıra müxalifət xadimlərini saxlayıb.

Bu barədə “Simurq.net” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, saxlanılanlardan biri Ermənistan parlamentinin sabiq deputatı, politoloq Karen Bekaryandır. Eyni zamanda politoloq Anjela Elibeqova, ölkə parlamentinin aparatının rəhbəri olmuş Ara Saqatelyan da saxlanılıblar.

Müxalifətçilərin vəkilləri KİV-ə bildiriblər ki, Milli Təhlükəsizlik Xidməti saxlanılmaların səbəbləri haqqında informasiya vermir, onları müdafiə edilənlərə görüşə buraxmır, həmçinin müxalifətçilərin evlərində və ofislərində axtarışlar aparılıb.

Vəkillərin dediyinə görə, daha üç nəfər saxlanılıb.

Qeyd edək ki, saxlanılanlar daha əvvəl mövcud hakimiyyətə qarşı fikirlər səsləndiriblər, həmçinin baş nazir Nikol Paşinyanın istefasının zəruriliyi haqqında bildiriblər.

Bu gün Yerevanda müxalifətin Paşinyanın istefası tələbi ilə növbəti kütləvi mitinqi planlaşdırılıb.


Oxşar xəbərlər