USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ermənistanda valideynlər övladlarının Qarabağda xidmət etməsini istəmir


  • Dünya,
  • 8 ay əvvəl əlavə olunub,
  • 92 dəfə oxunub
Ermənistanda valideynlər övladlarının Qarabağda xidmət etməsini istəmir

Dağlıq Qarabağda xidmət edən erməni əsgərlərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin binasının qarşısına toplaşıb.

"Simurq.net"in "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, əsgərlərin valideynləri məzuniyyətdə olan övladlarının xidmət üçün Qarabağa qaytarılmamasını tələb edir.

Bəzi valideynlər isə Dağlıq Qarabağda xidmətdə olan övladlarının Ermənistana qaytarılmasını istəyirlər.

"Oğlumun Qarabağda xidmət etməsini istəmirəm, xidmət üçün Ermənistan daxilində istənilən yerə göndərsinlər, ancaq Qarabağa göndərməsinlər. Uşaqlarımızı zorla maşına mindirib aparırlar", - deyə əsgər valideynlərindən biri deyib.

Xatırladaq ki, fevralın 24-də Ermənistan Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti hərbi hissələrdən birində əsgərlərin məzuniyyətdən qayıtmamağa cəhd etdikləri barədə məlumat yayıb.

Qeyd olunub ki, bir qrup əsgər və onların qohumları hərbçilərin daimi dislokasiya məntəqələrinə qayıtmasının qarşısını almağa çalışıb, nəticədə hərbi hissənin ərazisində iğtişaş baş verib, vəziyyətdən istifadə edən bir neçə əsgər hərbi hissəni icazəsiz tərk edib.


Oxşar xəbərlər