USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

"Əş-Şəbab" terror qruplaşması Somali silahlı qüvvələrinin bazalarına hücum edib


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 90 dəfə oxunub
"Əş-Şəbab" terror qruplaşması Somali silahlı qüvvələrinin bazalarına hücum edib

"Əş-Şəbab" terror qruplaşması Somali silahlı qüvvələrinin bazalarına hücum edib.

Simurq.net in "Reuters"ə istinadən verdiyi xəbərə görə, terror qruplaşması Somalinin cənubunda silahlı qüvvələrin iki hərbi bazasına hücum edib.  

Silahlı Qüvvələrin nümayəndəsi hücumların Barir və Avdigle şəhərlərindəki bazalarda həyata keçirildiyini, hər iki tərəfdən itkilər olduğunu bildirib. Onun sözlərinə görə, hökumət qüvvələrinə kömək etmək üçün şimaldan hərəkət edən hərbi konvoya da hücum olunub.

Ölkənin "Dalsan" radiostansiyası öz mənbələrinə istinadən paytaxt Mogadişunun yaxınlığında yerləşən Barir bazasında 47 hərbçinin öldürüldüyünü, radikal terrorçu qruplaşmanin altı ordu maşını ələ keçirdiyini bildirib.


Oxşar xəbərlər