USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Əşrəf Adəm: "Bura Allahın evidir, amma ermənilər burada heyvan saxlayıblar"


  • Siyasət,
  • 7 ay əvvəl əlavə olunub,
  • 79 dəfə oxunub
Əşrəf Adəm: "Bura Allahın evidir, amma ermənilər burada heyvan saxlayıblar"

“Bu, insanlığa sığmayan bir hərəkətdir. Bura ibadət üçün Allahın evidir, amma ermənilər burada heyvanlar saxlayıblar”.

Simurq.net in məlumatına görə, bunu Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm diplomatik korpus nümayəndələrinin Füzuli, Qubadlı və Laçına etdiyi bugünkü səfər zamanı deyib.

“Mən bura gəlməzdən əvvəl çox arzu edirdim ki, burada namaz qılım. Əsgərlərin və hökumətin səyi nəticəsində bura azad olundu. Allahın izni ilə bura yenidən bərpa olunacaq və insanların yenidən istifadəsinə veriləcək. Haqq səsi buradan ucaldılacaq.

Biz Liviya dövləti olaraq Allahın evinin təmir olunmasında iştiraka tam hazır olduğumuzu bildiririk. Burda bütün müsəlman ölkələrinə üzümü tutub Allahın evinin bərpasında iştirak etməyə çağırış edirəm. Arzu edirəm ki, haqq ədalət bərpa olunsun”, - deyə Ə. Adəm bildirib.


Oxşar xəbərlər