USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Etna vulkanı püskürməyə başlayıb


  • Dünya,
  • 5 ay əvvəl əlavə olunub,
  • 900 dəfə oxunub
Etna vulkanı püskürməyə başlayıb

İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanı püskürməyə başlayıb.

Simurq.net xəbər verir ki, bu barədə “ANSA” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, vulkan püskürərkən cənub-şərq yamacındakı kraterdən vulkanik kül və lava qatı buraxıb. Vulkanik aktivliyin artması Milli Geofizika və Vulkanologiya İnstitutu tərəfindən yerli vaxtla saat 16:10-da (Bakı vaxtı ilə saat 19:10-da) qeydə alınıb.

Avropanın ən böyük aktiv vulkanı olan Etna daim mütəxəssislərin nəzarəti altındadır. Bir qayda olaraq, onun fəaliyyəti əhali üçün təhlükə yaratmır.


Oxşar xəbərlər