USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Fermerə ayrılan, amma verilməyən subsidiya büdcəyə qaytarılacaq


  • Siyasət,
  • 3 ay əvvəl əlavə olunub,
  • 38 dəfə oxunub
Fermerə ayrılan, amma verilməyən subsidiya büdcəyə qaytarılacaq

Təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılacaq. Fermerə verilən subsidiya vəsaiti 2 (iki) il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndəriləcək. Bildiriş göndərildikdən sonra fermer 3 (üç) ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilməyəcək.

Simurq.net in məlumatına görə, bu, Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən, həmçinin subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan Qaydaya əsasən, ayrılan subsidiya daxilində alınan gübrələrin və biohumusun dəyərinin 70 faizi əkin subsidiyası hesabına ödənməli, 30 faizini isə fermer ödəməli idi. Bu prosedur ləğv edilib. 


Oxşar xəbərlər