USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Fəxrimiz olan igid şəhidlərdən biri olan Şəhid Rövşən.


  • ,
  • 5 ay əvvəl əlavə olunub,
  • 182 dəfə oxunub
Fəxrimiz olan igid şəhidlərdən biri olan Şəhid Rövşən.

Vətən müharibəsində rəşadətlə döyüşərək şəhid olan qəhrəman oğullarımızdan biri də Vəlixanov Rövşən Aydın oğludur. Rövşən İlk təhsilini doğulub boya başa çatdığı Qaraxanlı kənd F. Hüseyinov adına tam orta məktəbdə alıb. O hələ orta məktəbdə oxuduğu illərdə məktəbin ictimai işlərində fəal olub.

İdmana böyük maraq göstərən Rövşən dəfələrlə sərbəst güləş üzrə olan yarışlara qatılıb. Üç dəfə 3-cü yeri tutan Rövşən 1-ci yeri tutmağı qarşısına məqsəd qoyur. 2007-ci illərdə iki dəfə 5 mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş sərbəst güləş üzrə yeni yetmələr arasında Rayon birinciliyində 1-ci yeri tutaraq diplomla təltif edilib. 2010-cu ildə Ümumi Milli Lider Heydər Əliyevin anadan olmasının 87-ci il dönümünə həsr edilmiş sərbəst güləş üzrə açıq birinciliyində 1-ci yeri tutduğunu görə Tovuz rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif edilib. 

2010-cu ildə orta təhsilini başa vuran Rövşən elə həmin il Qazax Dövlət Sosial İqtisad Kollecinə daxil olub.2014-cü ildə Subbakalavr dərəcəsi ilə Fiziki Tərbiyə və İdman Müəllimi, Məşqçi ixtisasına yiyələnərək Kolleci bitirib. Kolleci bitirdikdən sonra 2014-cu ildə Həqiqi Hərbi Xidmətə gedib. Həqiqi Hərbi Xidməti layiqincə yerinə yetirən Rövşən hərbiyə marağı yenidən hərbi qulluqçu kimi işləməyə həvəsləndirib. Bu məqsədlə də o,2017-ci il may ayından Müddətdən Artıq Hüquqi Hərbi Xidmət Hərbi Qulluqçu (MAHHXHQ) kimi xidmətə başlayıb. Əsgər kimi xidmətə başlayan Rövşən Kiçik Çavuş rütbəsi ilə Şəmkir rayon N saylı hərbi hissədə rabitəçi vəzifəsində xidmət edirdi.

Rövşən xidmət etdiyi müddətdə nümunəvi hərbi xidmətinə, yüksək intizamına,döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə 2-ci dəfə 2018-ci və 2019-cu illərdə Fəxri Fərmanla təltif olunmuşdur. Xidmətdə her zaman fəal olan Rövşən 12-iyul da başlayan Tovuz döyüşlərinin də iştirakçısı olub. 

27 sentyabr 2020-ci ildə başlayan ikinci Qarabağ Vətən Müharibəsi zamanı Kiçik Çavuş Rövşən Vəlixanov Şəmkir korpusunda N saylı Hərbi Hissədə Həmlə Taboru Rabitə bölüyündə xidmət edirdi. Rabitəçi Rövşən özü könüllü olaraq qaynar döyüşlərdə olmaq istəyir və onu bu istəyindən döndərə bilmirlər. Rövşən döyüşə gedən igidlərlə birgə özü könüllü olaraq Toğanadan Kəlbəcər istiqamətində döyüşə gedir. Axrıncı dəfə sentyabrın 30-da ailəsi ile əlaqə saxlayır. Hər şeyin yaxşı olacağını deyərək onlara ümid verir, halallıq alaraq döyüşə davam edir. Oktyabrın 2-də döyüşə gedən Rövşəndən ailəsi heç bir xəbər ala bilmirlər. Onun adı itgin döyüşçülər siyahısına axtarışa salınır. Dekabrın 17-də oğlunun yolunu gözləyən, sağ qayıdacağına ümid bəsləyən,gəlməsinə qurban deyən Rəfiqə ana Kiçik oğlu Rövşənin Şəhid olduğu xəbərini alır. Ağır sarsıntı keçirən ana oğlunun sağ qayıtmağı üçün dediyi o qurbanlığı üç rəngli bayrağa bükülmüş Şəhid cənazə tabutu evə gələrkən tabutun önündə kəsdirir. Oktyabrın 2-də şəhadətə qovuşan Rövşənin şəhid nəşi 18-dekabrda doğulduğu Tovuz rayon Qaraxanlı kəndinə gətirilir və kənd qəbiristanlığında atasının yanında torpağa tapşırılır. Rövşən evin ən kiçik övladı idi. Rəfiqə ananın 3-cü övladı və subay idi. 26 yaşı Oktyabrın 15-də tamam olacaqdı lakin Vətənin Ərazi bütövlüyü naminə torpaqlarımızın mənfur düşməndən azad olunması uğrunda Könüllü olaraq öz istəyi ilə Şəhidlik zirvəsinə ucaldı. Məqamın uca,Şəhadətin mübarək Şəhidim

Ülviyyə Aslanova

Əli Həsənov

Tovuz.



Oxşar xəbərlər

Göyçayda məktəb direktoru qəfildən dünyasını dəyişib
https://simurq.net/category/" title="">
  • 4 ay əvvəl
  • Göyçayda məktəb direktoru qəfildən dünyasını dəyişib