USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb - FOTO


  • Araşdırma,
  • 7 ay əvvəl əlavə olunub,
  • 63 dəfə oxunub
Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb - FOTO

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Simurq.net ə verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı tərk edilmiş mövqelərdən 20 ədəd tank əleyhinə idarəolunan raket kompleksi, 2 ədəd “SPQ-9” markalı tank əleyhinə raket kompleksi, 11 ədəd müxtəlif markalı piyada əleyhinə raket kompleksləri, 2 ədəd qumbaraatan, 78 ədəd qumbaraatan mərmisi, 6 ədəd avtomat sandığı və 330 ədəd pulemyot güllələri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.



Oxşar xəbərlər