USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Füzulidə xeyli sayda silah-sursat aşkar edilib FOTO


  • Araşdırma,
  • 6 ay əvvəl əlavə olunub,
  • 67 dəfə oxunub
Füzulidə xeyli sayda silah-sursat aşkar edilib FOTO

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan Simurq.net ə verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 1 “İqla-S”, 1 “Muxa”, 1 “Foqot” markalı raket kompleksləri, 3 pulemyot, 1 avtomat, 1 qumbaraatan, 33 müxtəlif növ əl qumbarası, 308 müxtəlif növ mərmi, 10 avtomat darağı və 3000 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.



Oxşar xəbərlər