USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Goranboyda toy mərasiminin keçirilməsinin qarşısı alınıb


  • Gündəm,
  • 6 ay əvvəl əlavə olunub,
  • 97 dəfə oxunub
Goranboyda toy mərasiminin keçirilməsinin qarşısı alınıb

Goranboy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qızılhacılı qəsəbəsində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb. 

Mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. 


Oxşar xəbərlər