USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib FOTO


  • Hadisə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 78 dəfə oxunub
Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib FOTO

Göyçayda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 

Simurq.net in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün saat 12:30 radələrində Göyçay-Ucar yolunun Çərəkə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyəti daha ağırdır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Cahangir Novruz



Oxşar xəbərlər