USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.


  • Hadisə,
  • 8 ay əvvəl əlavə olunub,
  • 4779 dəfə oxunub
Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Göyçayda bıçaqlanan şəxs xəstəxanada ölüb.

Simurq.net in bölgə müxbirinin məlumatına görə, Göyçay rayonu Yalman kənd sakini, 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğlu bu gün saat 11:30 radələrində şəhərin Heydər Əliyev prospektində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə aparılıb. Bud nahiyəsindən bıçaq xəsarəti alan Polad Salehov qanaxma səbəbindən xəstəxanada dünyasını dəyişib. Hadisəni törədən şəxs qaçdığı üçün hazırda polis əməkdaşları onun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. 

Cahangir Novruz


Oxşar xəbərlər