USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Göyçayda avtomobil qəzası qeydə alınıb


  • Hadisə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 56 dəfə oxunub
Göyçayda avtomobil qəzası qeydə alınıb

Göyçayda avtomobil qəzası olub, 4 nəfər xəsarət alıb, 5 baş inək tələf olub

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Simurq.net" İnformasiya agentliyinin xəbərinə görə hadisə bu gün saat 11:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 203-cü kilometrliyində, Göyçayın Qarayazı kəndi ərazisində qeydə alınıb. "Mersedes" markalı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan " VAZ 21011" markalı minik avtomobilinə arxa tərəfdən çırpılıb. Hadisə zamanı avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, "VAZ 21011" in qoşqulu yük yerində olan 5 baş iri buynuzlu heyvan tələf olub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 
Cahangir.Natiqoğlu



Oxşar xəbərlər