USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Göyçayda restoranda nişan mərasiminin keçirildiyi aşkarlandı - FOTO


  • Araşdırma,
  • 4 ay əvvəl əlavə olunub,
  • 40 dəfə oxunub
Göyçayda restoranda nişan mərasiminin keçirildiyi aşkarlandı - FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı şəhər ərazisində yerləşən restoranların birində karantin rejimi qaydaları pozularaq, nişan mərasiminin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal həmin obyektə gəliblər və rayon sakini Kəmalə Məmişovanın qızına nişan mərasimi təşkil etdiyi aşkarlayıblar. Xüsusi karantin rejimi qaydalarını pozduqları üçün K.Məmişova, qonaqlar və restoran işçiləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.



Oxşar xəbərlər