USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Göyçayda şəhidin xatirəsinə salınan körpü onun ad günündə istifadəyə verilib .


  • ,
  • 5 ay əvvəl əlavə olunub,
  • 914 dəfə oxunub
Göyçayda şəhidin xatirəsinə salınan körpü onun ad günündə istifadəyə verilib .

Göyçay şəhəri ilə Ərəbcəbirli kəndi arasındakı dağ çayı üzərində yeni körpü salınıb.

"Simurq.net"informasiya agentliyinin xəbərinə görə, köhnə körpünü sel dağıtdığı üçün Ərəbcəbirli kəndinin sakinlərinin şəhərə gediş-gəlişində problem yaranırdı. Kənd əhalisinin maddi vəsaiti ilə uzunluğu 11 metr, eni 7.5 metr olan beton körpü inşa edilib. Yerli əhali bu körpüyə 44 günlük Vətən müharibəsində fəal iştirak edən, orduda 11 il çalışan və oktyabrın 2-də Tərtər ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçi Xəyal Məmmədovun adını verərək onu "Xəyal körpüsü" adlandırıblar.

Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün salınan yeni körpü fevralın 13-də, onun ad günündə istifadəyə verilib.Qeyd edəık ki, yaşasaydı bu gün Xəyal Məmmədovun 32 yaşı tamam olacaqdı.

Cahangir Novruz



Oxşar xəbərlər

Bərdədə evdən oğurluq edən qadın tutulub
https://simurq.net/category/" title="">
  • 5 ay əvvəl
  • Bərdədə evdən oğurluq edən qadın tutulub