USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Göyçayda su kanalında batan yeniyetmənin meyiti çıxarılıb - YENİLƏNİB


  • Hadisə,
  • 3 ay əvvəl əlavə olunub,
  • 138 dəfə oxunub
Göyçayda su kanalında batan yeniyetmənin meyiti çıxarılıb - YENİLƏNİB

Göyçay rayonunun Ləkçıplaq kəndində Yuxarı Şirvan kanalında batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlunun axtarışları başa çatıb.

Simurq.net xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.

Məlumata görə, R.Salmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Saat 20:35

Göyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə ölüb.

Simurq.net in bölgə müxbirinin məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Ləkçıplaq kəndi ərazisində qeydə alınıb.

Yalman kənd sakini, 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlu dostları ilə birgə Yuxarı Şirvan kanalında çimərkən suda boğulub. Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda meyitin tapılması üçün suda axtarış işləri aparılır.


Oxşar xəbərlər