USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Göyçayın 3 kəndində toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb. FOTO


  • Gündəm,
  • 2 ay əvvəl əlavə olunub,
  • 25 dəfə oxunub
Göyçayın 3 kəndində toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb. FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarına zidd olaraq, üç fərqli ünvanda toy mərasimi keçirildiyini müəyyən ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Potu kənd sakini Rüfət Yaqubovun yaşadığı evdə sanitar-gigiyena və karantin qaydalarının pozulması ilə müşahidə edilən toy məclisi təşkil etdiyi aşkarlanıb. R.Yaqubov və mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.

Rayonun Cəyirli və Bığır kəndlərində də Akif İbrahimxəlilov və Qiyas İbrahimova məxsus fərdi yaşayış evlərində toy mərasimlərinin keçirildiyi aşkarlanıb. Polis əməkdaşları insanların kütləvi iştirakı ilə məclis təşkil edən ev sahibləri ilə izahedici söhbətlər aparıb və həmin şəxslər barəsində qanunvericiliyin tələblərin uyğun müvafiq tədbirlər görüblər.



Oxşar xəbərlər