USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Göygöldə toy edən şəxslər məsuliyyətə cəlb olunub. FOTO


  • Gündəm,
  • 7 ay əvvəl əlavə olunub,
  • 79 dəfə oxunub
Göygöldə toy edən şəxslər məsuliyyətə cəlb olunub. FOTO

Göygöl rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən “Helendorf” restoranında toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 29 nəfər saxlanılan şəxs barəsində inzibati qaydada tədbir görülüb. Restoran sahibi barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4000 manat miqdarında cərimə edilib.



Oxşar xəbərlər