USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını artırıb


  • İqtisadiyyat,
  • 19 gün əvvəl əlavə olunub,
  • 16 dəfə oxunub
Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını artırıb

Bu ilin yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycandan 463.1 mln. kVt-saat elektrik enerjisi idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın “Elektrik Sistemi Kommersiya Operatoru”nun (ESCO) hesabatında bildirilib.

Qeyd olunub ki, bu göstərici illik ifadədə 60.4 mln. kVt-saat və ya 15% çoxdur. Belə ki, 2020-ci ilin ilk rübündə Gürcüstan Azərbaycandan 402.7 mln kVt-saat elektrik enerjisi idxal edib. Cari ilin yanvar-mart ayları ərzində Gürcüstanın elektrik enerjisi idxalında Azərbaycanın payı 32,2% təşkil edib. Hesabat dövründə ölkənin ən çox elektrik enerjisi idxal etdiyi ölkə Rusiya olub – 863,6 mln kVt-saat. Bu qonşu ölkənin ümumi elektrik enerjisi idxalının 60%-ni təşkil edib. Gürcüstanın ümumi idxalı 1 437,7 mln. kVt-saat təşkil edib.

Yanvar-mart ayları ərzində Gürcüstan ərazisi ilə Türkiyəyə ötürülən elektrik enerjisinin həcmi illik ifadədə 2,1 dəfə azalaraq 12,7 mln. kVt-saat təşkil edib.


Oxşar xəbərlər