USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Gürcüstanda müxalifət hakimiyyəti yeni aksiyalarla təhdid edir


  • Dünya,
  • 3 ay əvvəl əlavə olunub,
  • 45 dəfə oxunub
Gürcüstanda müxalifət hakimiyyəti yeni aksiyalarla təhdid edir

Gürcüstanda əsası eks-prezident Mixail Saakaşvili tərəfindən qoyulan müxalif “Vahid Milli Hərəkat” Partiyasının liderlərindən biri Xatiya Dekanoidze hakimiyyətin növbədənkənar parlament seçkiləri elan etməyəcəyi halda genişmiqyaslı etiraz aksiyalarının keçiriləcəyini bildirib.

Bu barədə TASS məlumat yayıb.

“Əgər “Gürcü Arzusu” növbədənkənar seçkilərin keçirilməsinə razılaşmasa, siyasi məhbusları, o cümlədən Nika Meliyanı azad etməsə, o zaman martın 20-də biz çox böyük etiraz aksiyası keçirəcəyik”, - deyə, X.Dekanoidze bildirib.


Oxşar xəbərlər