USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Hacıqabulda avtomobil aşıb, sürücüsü yaralanıb.


  • Hadisə,
  • 7 ay əvvəl əlavə olunub,
  • 76 dəfə oxunub
Hacıqabulda avtomobil aşıb, sürücüsü yaralanıb.

Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində yol qəzası baş verib.

"Simurq.net"informasiya agentliyinin məlumatına görə, hadisə zamanı Şirvan sakini, 1967-ci il təvəllüdlü Məmmədsoy İlham Qərib oğlunun sərxoş vəziyyətdə idarə etdiyi “KİA” markalı 90 SQ 350 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü qabırğaların sınığı diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

İ.Məmmədsoyun taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Cahangir Novruz


Oxşar xəbərlər