USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Hacıqabulda bıçaqlanma hadisəsi qeydə alınıb. 


  • Hadisə,
  • 8 ay əvvəl əlavə olunub,
  • 591 dəfə oxunub
Hacıqabulda bıçaqlanma hadisəsi qeydə alınıb. 

Hacıqabulda ata və oğul kürəkən tərəfindən bıçaqlanıb.

Simurq.net in bölgə müxbirinin məlumatına görə, hadisə Hacıqabul rayonunun Abdulabad kəndində baş verib. 

Ailə münaqişəsi zəminində kürəkən Abdulabad kənd sakini, 1976-cı il təvəllüdlü Musa Novruzəli oğlu Hüseynovu və onun oğlu 1996-cı il təvəllüdlü Gündüz Musa oğlu Hüseynovu bıçaqlayıb. 

Hər iki yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. 

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Cahangir Novruz


Oxşar xəbərlər