USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Hacıqabulda narkotacirlər saxlanıldı.


  • Hadisə,
  • 2 ay əvvəl əlavə olunub,
  • 33 dəfə oxunub
Hacıqabulda narkotacirlər saxlanıldı.

Hacıqabulda narkotacirlər saxlanıldı.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

"Simurq.net" məlumatına görə, Yevlax rayon sakini Anar adlı şəxsə məxsus “Mercedes” markalı avtomobildə ona və həmin nəqliyyat vasitəsində sərnişin qismində əyləşən şəxsə məxsus narkotik vasitə daşınmasına dair polisə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində həmin avtomobil rayon ərazisində hərəkətdə olarkən saxlanılıb. Avtomobilə baxış zamanı oradan sürücü, əvvəllər məhkum olunmuş Anar Qurbanov və sərnişin, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş İlqar Hüseynova məxsus 1 kiloqram 120 qram narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. Hər iki şəxs isə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. Araşdırma zamanı həmin şəxslərin narkotik vasitəni satmaq məqsədilə avtomobildə daşıdıqları müəyyən olunub.Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.



Oxşar xəbərlər

Qəbələ
Qəbələ