USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Hava pisləşəcək: İntensiv yağış, dolu, qar, güclü külək gözlənilir


  • Ölkə,
  • 7 ay əvvəl əlavə olunub,
  • 86 dəfə oxunub
Hava pisləşəcək: İntensiv yağış, dolu, qar, güclü külək gözlənilir

Bakı və Abşeron yarımadasında aprelin 9-dan 10-na keçən gecədən başlayaraq 12-dək şimal-qərb küləyinin əsəcəyi, 15-20, arabir 23-25 m/s, 10-u gün ərzində, 11-i gecə və səhər bəzi yerlərdə arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

ETSN Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın əsasən şimal və qərb rayonlarında aprelin 10-u günün ikinci yarısından 12-si gündüzədək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 18-23 m/s, 10-11-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.  


Oxşar xəbərlər