USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Hərbi xidmətdən möhlət hüququ qazanacaq şəxslərin siyahısı genişləndirildi


  • Siyasət,
  • 7 ay əvvəl əlavə olunub,
  • 68 dəfə oxunub
Hərbi xidmətdən möhlət hüququ qazanacaq şəxslərin siyahısı genişləndirildi

Doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara da hərbi xidmətdən 3 ay möhlət hüququ verilir.

Simurq.net in məlumatına görə, Milli Məclisin iclasında bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna müvafiq dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb. 

Bununla da təhsilini davam etdirmək üçün hərbi çağırışa möhlət veriləcək şəxslərin siyahısı genişləndirilir.

Bu zamana qədər isə əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək hərbi xidmətdən möhlət verilirdi. 

Layihə səsə qoyularaq qəbul edilib. 


Oxşar xəbərlər