USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Hindistanda polisləri daşıyan avtobus minaya düşüb: Beş nəfər həlak olub, onlarla yaralı var


  • Dünya,
  • 4 ay əvvəl əlavə olunub,
  • 44 dəfə oxunub
Hindistanda polisləri daşıyan avtobus minaya düşüb: Beş nəfər həlak olub, onlarla yaralı var

Hindistanın Çhattisqarh ştatında polisləri daşıyan avtobus minaya düşüb.

“The Times of India” yerli hüquq mühafizə orqanlarına istinadən xəbər verir ki, partlayış nəticəsində beş polis həlak olub, 15 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Qeyd olunur ki, minaya düşən polislər bölgədə həyata keçirilən antiterror əməliyyatında iştirak ediblər.

İlkin ehtimala görə, mina Hindistanda hökumət əleyhinə fəaliyyət göstərən Maoist silahlı qruplaşmasının silahlıları tərəfindən yerləşdirilib.

Qeyd edək ki, bu silahlı təşkilat 1960-cı ildən bəri Hindistanda müxtəlif terror hücumları həyata keçirib. 


Oxşar xəbərlər