USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Hindistanda tribunanın çökməsi nəticəsində təxminən 100 nəfər xəsarət alıb


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 72 dəfə oxunub
Hindistanda tribunanın çökməsi nəticəsində təxminən 100 nəfər xəsarət alıb

Hindistanın Telanqana ştatının Suryapet şəhərində stadionun taxta tribunasının çökməsi nəticəsində təxminən 100 nəfər xəsarət alıb.

Simurq.net “RİA Novosti”yə istinadən xəbər verir ki, bədbəxt hadisə Hindistanda məşhur komanda oyunu – güləş elementlərini özündə əks etdirən kabaddi üzrə milli çempionatın açılış mərasimində baş verib.

“Ölümlə əlaqədar hər hansı məlumat daxil olmayıb, xəsarət alanlar isə müalicə alır”, - deyə Suryapet polisinin yüksək rütbəli zabiti bildirib.

İlkin məlumata görə, tribunada təxminən 1,5 min nəfər var olub, bu da onun tab gətirə biləcəyindən çoxdur.


Oxşar xəbərlər