USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Hindistanda yol qəzasında 9 nəfər ölüb


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 106 dəfə oxunub
Hindistanda yol qəzasında 9 nəfər ölüb

Bu gün səhər saatlarında Hindistanda yol qəzası baş verib, ən azı 9 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Simurq.net in məlumatına görə, bu barədə “The Times of India” qəzeti yerli polisə istinadən məlumat yayıb.

Bildirilib ki, yol qəzası Hindistanın şimalında Uttar-Pradeş ştatında, Aqra şəhərində qeydə alınıb.  

İlkin məlumata görə, minik avtomobilinin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil qarşıdan gələn yük avtomobili ilə toqquşub.

9 nəfər yerində ölüb, yaralılar xəstəxanaya yerləşdirilib.


Oxşar xəbərlər