USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Holand onu Ronaldu və Messi ilə müqayisə edənlərə cavab verdi


  • İdman,
  • 6 ay əvvəl əlavə olunub,
  • 74 dəfə oxunub
Holand onu Ronaldu və Messi ilə müqayisə edənlərə cavab verdi

“Borussiya”da (Dortmund) çıxış edən Erlinq Holand onun son 15 ilin iki ən güclü futbolçuları Lionel Messi və Kriştianu Ronaldu ilə müqayisə edənlərə cavab verib.  

Norveçli hücumçunun açıqlamasını Goal.com portalı dərc edib.  

20 yaşlı futbolçu bildirib ki, hazırda diqqətini öz oyununa yönəldib:

“Bu barədə jurnalistlər yazırlar. Ronaldu və Messi haqqında danışmağıma ehtiyacım yoxdur, onlar tarixin ən yaxşılarıdır. Onların qazandığı nəticələrdən hələ çox uzağam”.

Qeyd edək ki, Erlinq Holand 2020-ci ilin əvvəlindən “Borussiya”da çıxış edir.


Oxşar xəbərlər