USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İçki üstündə dalaşdığı atasını diri-diri basdırdı


  • Dünya,
  • 8 ay əvvəl əlavə olunub,
  • 7923 dəfə oxunub
İçki üstündə dalaşdığı atasını diri-diri basdırdı

Rusiyanın Omsk vilayətinin İsilkul rayon sakini 80 yaşlı atasını diri-diri basdırıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə İstintaq Komitəsindən xəbər verilib.

Bildirilir ki, 80 yaşlı kişi oğlundan spirtli içki istəyib, lakin oğlu imtina edib. Bundan sonra onlar arasında mübahisə düşüb, nəticədə oğul atasının başından bir neçə dəfə çəkiclə vurub.

“Atasının öldüyünü düşünən oğul onu odeyala büküb, bostana aparıb və orada basdırıb. Bundan sonra isə qohumlarına atasının öldüyünü və onu dəfn etdiyini deyib. Bundan narahat olan qohumlar polisə xəbər veriblər”, - deyə hüquq mühafizə orqanından bildirilib.

Təqaüdçünün basdırılmış cəsədinin yanından çəkic və üzərində qan ləkələri olan taxta tapılıb. Tibbi ekspertiza 80 yaşlı kişinin soyuqdan öldüyünü müəyyən edib.

Cinayət işi açılıb, qurbanın 54 yaşlı oğlu saxlanılıb.


Oxşar xəbərlər