USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İlham Əliyev: “Ermənistanın yeni reallıqlara uyğunlaşması zaman alacaq. Onlar psixoloji cəhətdən buna hazır deyillər”


  • Siyasət,
  • 5 ay əvvəl əlavə olunub,
  • 52 dəfə oxunub
İlham Əliyev: “Ermənistanın yeni reallıqlara uyğunlaşması zaman alacaq. Onlar psixoloji cəhətdən buna hazır deyillər”

“Düşünürəm ki, Ermənistanın özünü yeni reallıqlara uyğunlaşdırması zaman alacaq. Onlar psixoloji cəhətdən buna hazır deyillər”.

Simurq.net in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Prezident bildirib ki, onlarla manipulyasiya edilib, beyinləri yuyulub: “Onlar özlərinə heç vaxt sahib olmadıqları saxta tarix yaradıblar. Çox da detallarına varmaq istəmirəm, lakin onların tarixi qəhrəman kimi göstərdikləri də heç öz millətlərinə aid insanlar olmayıb. 20-ci əsrin tarixi isə tamamilə saxta tarixdir. Onlar biri-birini inandırmağa çalışırlar. Ən böyük problem də budur ki, onlar biri-birini inandıra biliblər”.


Oxşar xəbərlər