USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İlham Əliyev: “Pakistanın Azərbaycanı açıq şəkildə dəstəkləməsi qardaşlığımızın real göstəricisidir”


  • Siyasət,
  • 6 ay əvvəl əlavə olunub,
  • 62 dəfə oxunub
İlham Əliyev: “Pakistanın Azərbaycanı açıq şəkildə dəstəkləməsi qardaşlığımızın real göstəricisidir”

“Pakistan qarşıdurmanın ilk günlərindən Azərbaycanı açıq şəkildə dəstəkləyən ölkələr sırasında idi. Pakistan son günədək bizim tərəfimizdə olub”.

Simurq.net in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Dövlət başçısı Pakistan hökumətinə və Pakistan xalqına Azərbaycanın ərazi bütövlüyü ilə əlaqəli məsələlərdə nümayiş etdirdiyi davamlı yanaşmaya görə minnətdarlığını bildirib: “Pakistan təcavüz və işğala görə Ermənistanla diplomatik əlaqə yaratmayan bir neçə ölkədən biridir. Pakistan kimi çox az ölkə var. Biz buna görə çox minnətdarıq. Bu bizim qardaşlığımızın real göstəricisidir”.


Oxşar xəbərlər