USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İmişlidə ağır qəza: Bir ölü, üç yaralı


  • Hadisə,
  • 7 ay əvvəl əlavə olunub,
  • 80 dəfə oxunub
İmişlidə ağır qəza: Bir ölü, üç yaralı

İmişli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Simurq.net in məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobil VAZ-2107 markalı avtomobillə toqquşub. Qəza nəticəsində Biləsuvar rayonunda müvəqqəti məskunlaşan Cəbrayıl rayon sakini, 1972-ci il təvəllüdlü Vəliyev Tahir Cavad oğlu hadisə yerində dünyasını dəyişib.

Avtomobillərdə olan 1987-ci il təvəllüdlü, İmişli rayon sakini, Abbasov Dəyanət Allahverdi oğlu, Beyləqan sakinləri, 1989-cu il təvəlüdlü Mehdiyev Rauf Binnət oğlu, 1980-ci il təvəllüdlü Məmmədov Eldar Zakir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

D. Abbasov Şirvan, digər yaralılar isə İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.


Oxşar xəbərlər