USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İmişlidə nişan məclisi təşkil edən şəxs cərimələnib


  • Gündəm,
  • 4 ay əvvəl əlavə olunub,
  • 61 dəfə oxunub
İmişlidə nişan məclisi təşkil edən şəxs cərimələnib

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Simurq.net ə verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Göbəktala kənd sakini Rövşən Məmmədov yaşadığı evin həyətində qonaqların iştirakı ilə öz övladına nişan məclisi təşkil etdiyi müəyyən edilib. R. Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.


Oxşar xəbərlər