USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İmişlidə seyfdən pul oğurlayan şəxs saxlanılıb


  • ,
  • 8 ay əvvəl əlavə olunub,
  • 1049 dəfə oxunub
İmişlidə seyfdən pul oğurlayan şəxs saxlanılıb

İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən mağazaların birindəki seyfdən 12800 manat məbləğində pulun oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Simurq.net in Qarabağ üzrə bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar olaraq İmişli RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkum edilmiş Hidayət Rüstəmov oğurluqda şübhəli bilinərək saxlanılıb. H. Rüstəmov dindirilərkən obyektin tavanını sökərək gizli yolla mağazaya daxil olduğunu, oradakı dəmir seyfdən 12800 manat məbləğində pulu oğurladığını etiraf edib. 

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Fəzail Səfərov


Oxşar xəbərlər

Göyçay sakinindən tüfəng götürülüb
https://simurq.net/category/" title="">
  • 8 ay əvvəl
  • Göyçay sakinindən tüfəng götürülüb