USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İmtahanlarda COVID pasportu tələb olunacaqlar?


  • Təhsil ,
  • 24 gün əvvəl əlavə olunub,
  • 40 dəfə oxunub
İmtahanlarda COVID pasportu tələb olunacaqlar?

“İmtahanda iştirak edən şagirdlərin COVID pasportuna ehtiyac yoxdur. Çünki imtahan verənlərin yaşı 18-dən aşağı olanlardır, onlar isə hələ peyvənd olunmayıblar”.

“Simurq.net” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. 

O qeyd edib ki, imtahana dəvət edilən şəxslərdən bu sənəd tələb ediləcək.

Abituriyentlərə isə bildirmişik ki, ailələrində koronavirusa yoluxan şəxslər varsa, imtahanda iştirak edə bilməyəcəklər: “Bizim öz işçilərimizin hamısı peyvənd olunub. Əməkdaşlar sırasında 68 nəfər virusa yoluxaraq sağalıb, 1 nəfər  isə vəfat edib”.

DİM-dən bildirilib ki, abituriyentlərdən yalnız sağlamlıq haqqında bəyyannaməni doldurmaq tələb olunur. Yaşı 18-dən yuxarı olsa belə, abituriyentlərdən COVID pasportu tələb olunmur.


Oxşar xəbərlər