USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İngiltərədə İkinci Dünya müharibəsindən qalma bombanın partladılmasına hazırlıq görülür


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 76 dəfə oxunub
İngiltərədə İkinci Dünya müharibəsindən qalma bombanın partladılmasına hazırlıq görülür

Böyük Britaniyada İkinci Dünya müharibəsindən qalma aviasiya bombasının partladılmasına hazırlıq işləri görülür.

Bombanın partladılaraq zərərsizləşdirilməsi ilə əlaqədar Ekseter şəhərinin 2 000 mindən çox yaşayış evinin sakini evakuasiya edilib.

TASS agentliyi xəbər verir ki, yerli polis idarəsindən yayılan açıqlamaya görə, hərbi sursatın nəzarət altında partlaması günün sonuna qədər həyata keçiriləcək.

Uzunluğu iki metrdən çox olan aviasiya bombası fəhlələr tərəfindən universitet şəhərciyi ilə həmsərhəd ərazidə tapılıb.

Evakuasiya olunanların əhəmiyyətli bir hissəsinin tələbələr olduğu bildirilir.


Oxşar xəbərlər