USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İnstaqramda canlı yayımda dörd istifadəçi iştirak edə biləcək


İnstaqramda canlı yayımda dörd istifadəçi iştirak edə biləcək

İnstaqram sosial şəbəkəsinin yeni funksiyası açıqlanıb.

Simurq.net “Facebook”un yaydığı məlumata istinadən xəbər verir ki, yeni funksiya canlı yayımda 4 nəfərin eyni zamanda iştirakına imkan verəcək.

Şirkətin açıqlamasında bildirilib ki, sözügedən yenilik istifadəçilərin auditoriyası üçün daha çox imkanlar açacaq. Məsələn, tok-şouların aparılması, musiqi seanslarının təşkili və s.

Qeyd edək ki, əvvəllər canlı yayıma yalnız 2 nəfər qoşula bilirdi.


Oxşar xəbərlər