USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

“İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilib


  • Siyasət,
  • 5 ay əvvəl əlavə olunub,
  • 568 dəfə oxunub
“İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilib

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilib.

Simurq.net in xəbərinə görə, Prezident İlham Əliyev tərəfindən imzalanan Fərmana əsasən, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilib:

 1. Aşağıdakı məzmunda 1.9.7-1-ci və 1.9.10-1-ci yarımbəndlər əlavə edilsin:

 “1.9.7-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;”;

“1.9.10-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;”.

 2. 2.1.2-ci yarımbəndə aşağıdakı məzmunda 6-1-ci abzas əlavə edilsin:

“6-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;”.

 3. 2.1.3-cü yarımbəndə aşağıdakı məzmunda 1-1-ci abzas əlavə edilsin:

 “1-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;”.


Oxşar xəbərlər