USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İran prezidenti koronavirusun dördüncü dalğası barədə əhalini xəbərdar edib


  • Dünya,
  • 8 ay əvvəl əlavə olunub,
  • 5437 dəfə oxunub
İran prezidenti koronavirusun dördüncü dalğası barədə əhalini xəbərdar edib

İran Prezidenti Həsən Ruhani ölkənin bəzi bölgələrində koronavirus infeksiyasının artması ilə əlaqədar əhalini gözlənilən potensial dördüncü dalğa barədə xəbərdarlıq edib.

Simurq.net BBC-yə istinadən xəbər verir ki, İran lideri Xuzistanın cənub-qərb vilayətindəki bəzi şəhərləri “qırmızı bölgə” kateqoriyasına aid edib. 

Prezident Ruhani dövlət televiziyasında çıxışı zamanı dördüncü dalğanın hər bir vətəndaş üçün ən yüksək səviyyədə xəbərdarlıq olduğunu deyib: “Bu dördüncü dalğa hərəkətin başlanğıcı deməkdir. Bunun qarşısını almaq üçün hamımız ayıq olmalıyıq”.

Qeyd edək ki, İranda peyvəndləmə kampaniyasına çərşənbə axşamı başlanılıb. Ölkəyə peyvəndlərin ilk dozası fevralın 4-də tədarük edilib.


Oxşar xəbərlər