USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İran XİN: ABŞ sanksiyaları ləğv etmədən nüvə danışıqlarında iştirak edə bilməz


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 74 dəfə oxunub
İran XİN: ABŞ sanksiyaları ləğv etmədən nüvə danışıqlarında iştirak edə bilməz

“ABŞ sanksiyaları ləğv etməyincə nüvə sazişinin iştirakçı ölkələri arasındakı danışıqlarda iştirak edə bilməz”.

Simurq.net in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Səid Xətibzadə bildirib.

“Hazırda rəsmi Vaşinqton nüvə razılaşmasının iştirakçısı deyil. Buna görə də onun Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə danışıqlarda təmsil olunmaq hüququ yoxdur”, - deyə XİN rəsmisi vurğulayıb.

Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ölkəsi “5+1” formatlı danışıqlarda iştirak etməyə hazırdır.

Avropa İttifaqı isə qurumun bu müzakirələrə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, "5+1" ölkələrinə Rusiya, Böyük Britaniya, Çin, Fransa və Almaniya daxildir. 


Oxşar xəbərlər