USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İraqda ABŞ hərbçilərinin olduğu bazaya 10 raket atılıb


  • Dünya,
  • 8 ay əvvəl əlavə olunub,
  • 105 dəfə oxunub
İraqda ABŞ hərbçilərinin olduğu bazaya 10 raket atılıb

İraqın qərbindəki əl-Ənbar əyalətində yerləşən Eynül-Əsəd bazasına 10 raket atılıb.

INA agentliyi bu barədə təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən xəbər yayıb.

Raket hücumu nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir. Həmçinin hücumun hansı qüvvələr tərəfindən edildiyi də hələlik məlum deyil.

Xatırladaq ki, ötən il İraq Silahlı Qüvvələrinin baş komandanının rəsmi nümayəndəsi Yəhya Rəsul bəyan etmişdi ki, Eynül-Əsəd ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası ordusunun İraqda qalan sonuncu hərbi bazasıdır.


Oxşar xəbərlər