USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb FOTO


  • Araşdırma,
  • 7 ay əvvəl əlavə olunub,
  • 86 dəfə oxunub
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb FOTO

Simurq.net in Qarabağ üzrə bölgə müxbiri xəbər verir ki dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.

Belə ki, fevral 23-də axşam saat 11 radələrində Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun işğaldan azad olunmuş Suqovuşan kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.

Araşdırmalarla onların Kəlbəcər rayon sakini Turan Həsənli, Bərdə rayon sakini İxtiyar Musayev və Gəncə şəhər sakini Arzu Musayev olmaları müəyyən edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Fəzail Səfərov



Oxşar xəbərlər