USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İsmayılda yük maşını yanaraq külə dönüb.


  • Hadisə,
  • 28 gün əvvəl əlavə olunub,
  • 35 dəfə oxunub
İsmayılda yük maşını yanaraq külə dönüb.

İsmayıllıda yük avtomobili yanaraq külə dönüb.

İsmayıllı rayonunun Gəndov kəndində yük avtomobilində yanğın olub.

"Simurq.net" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata əsasən, yanğın nəticəsində "Tatra" markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 250 ədəd ot bağlaması yanıb. Yanğından mühafizə bölmələri çatana kimi sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb Faktla bağlı arasdirma aparilir
Cahangir_Natiqoğlu


Oxşar xəbərlər